Tiflis. Nizami Məmmədzadə - APA. “Biz tək millət, iki dövlətik. Azərbaycanın Qarabağ məsələsi çözülmədikcə, Azərbaycandakı erməni işğalı aradan qalxmadıqca, torpaqlar işğaldan azad edilmədikcə Türkiyə Ermənistanla heç bir şəkildə ikitərəfli əlaqələr qurmayacaq”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Türkiyənin iqtisadiyyat naziri Zəfər Cağlayan Tiflisdə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyə bu mövqeyində qərarlıdır: “Bizim sevincimiz də, kədərimiz də birdir. Azərbaycanla dostluğumuzu, qardaşlığımızı pozmağa heç kimin gücü çatmaz. Türkiyə öz mövqeyində bir millimetr də geriyə getməz!”
apa.az