Baş səhifəm et Seçilənlərə əlavə et Sayta əlavə et Xəbər Göndər Arxiv RSS
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
SON DƏQİQƏ : DAK İdare Heyeti Üzvü Dr. Asif Kurban DEU Rektörü Prof.Dr. Mehmet Füzun’u ziyaret etmiştir.      Prezidentin həbsi üçün Obamaya müraciət edildi       TEHRANDA HİCAB TUTATUT      Azərbaycan və Gürcüstan ziyalıları Qafqaz regionunun problemlərini müzakirə edəcəklər      Dörd nəfər aclıq aksiyasını dayandırdı, Pənah Hüseyn isə başladı      Camal Əli Azərbaycanı tərk etdi       Bu gün "Eurovision-2012"nin rəsmi açılışı olacaq      Deputatlarımız İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər      Azərbaycan XİN: Azərbaycan və Gürcüstan arasında «Keşikçi dağ» kompleksi məsələsində heç bir problem yoxdur      Zaqatalada dünən baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətdə olan evlərin əksəriyyəti uçub      Təbrizdəki konsulluğumuz qarşısındakı aksiyanı ermənilər maliyyələşdirir      Karikatura Bölümü      Elnur Aslanov: “Azərbaycanın coğrafi mövqeyi qonşu dövlətlərlə münasibətlərə xüsusi diqqət ayırmağı tələb edir”      “Qarapapaqlar”-ın 5 illiyi qeyd ediləcək      Dünyanın müxtəlif ölkələrində İran əleyhinə aksiyalar keçiriləcək      "Marneuli TV"də Azərbaycan dilində yeni verilişlər hazırlanır (VİDEO)      Azərbaycanla İran arasında soyuq savaş şiddətlənir      İsfahanda köç-fars xidmətinin İsfahanda tərəkəmə köçündən çəkdiyi-FOTOLAR      “Serj Sərkisyan hər qızının bir gözünü mənə verə bilərmi..?“      İstanbulda Laçınla bağlı çıxış      
Xəbərlər Güncəl Xəbərlər Dünya İqtisadiyyat Siyasət Diaspora İdman Mədəniyyət
» Hərbi komissarlıqların ləğvi nəyi dəyişəcək?
15 Şubat 2012 Çarşamba 10:41
12
14
16
18

Azərbaycanda hərbi çağırış sistemində əsaslı dəyişiklik edilib. Belə ki, prezident İlham Əliyevin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi ilə bağlı imzaladığı fərmana əsasən, Müdafiə Nazirliyinin tərkibində olan hərbi komissarlıqlar ləğv edilib. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2 ay müddətində Xidmətin strukturu, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və ali zabit heyəti vəzifələrinin siyahısı barədə təkliflərini prezidentə təqdim etməlidir.

Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Qeyd edək ki, bu qurum həm çağırışa qədərki gənclərin qeydiyyatı, həm hərbi xidmətə çağırış, həm də xidmətini başa vuran və ehtiyatda olan hərbçilərin mütəmadi toplanışlarının keçirilməsi ilə məşğul olacaq. Mütəxəssislər bu qurumun əsas müsbət cəhətinin də məhz bu olduğunu deyirlər. 

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli düşünür ki, bundan sonra hərbi toplanışlar keçiriləcək: “Türkiyə ordusunda və digər ölkələrin ordularında da belədir. Düşünürəm ki, Azərbaycanda da belə bir qurumun olması çox yaxşı haldır”.

Millət vəkili Çingiz Qənizadə isə bu islahatın korrupsiya hallarının azaldılması baxımından əhəmiyyətli olduğunu düşünür. O hesab edir ki, hərbi komissarlıqların ləğvi korrupsiya ilə mübarizə prosesində şəffaflığı təmin edəcək. Onun sözlərinə görə, bu, hərbi çağırışda olan neqativ halları aradan qaldıracaq: “Bu, həm də çağırışla bağlı prosedurları asanlaşdıracaq və mövcud olan bir çox problemləri həll edəcək”.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə hesab edir ki, bu qərar həm Azərbaycanın ordu quruculuğu ilə bağlı beynəlxalq standartlara keçidi, həm də NATO-nun “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində üzərinə götürdüyü öhdəliklər baxımından mühüm addımdır. Millət vəkili yeni quruma işçilərin yeni prinsiplərlə götürülməli olduğunu deyir. Onun sözlərinə görə, bir necə müddət əvvəl bir neçə hərbi komissar rüşvətlə bağlı həbs edilib: “Bir sıra yüksəkçinli hərbçinin korrupsiya hallarında adlarının hallanması ordu quruculuğuna mənfi təsir edirdi”. 

Millət vəkilinin sözlərinə görə, yeni yaradılmış qurumun işçilərinə dövlət qulluqçusu statusu verilməlidir və onlar işə xüsusi imtahanla götürülməlidir. 

Qeyd edək ki, bu dəyişiklik nəticəsində hərbi komissarlıqların əməkdaşları iş yerlərini itirməyəcək. Onlar yeni yaradılmış qurumda işlərini davam etdirəcək. 

anspress.com



+ Paylaş
Paylaş: Facebook Paylaş: Twitter Paylaş: Google Paylaş: Yahoo Paylaş: Mr. Wong Paylaş: Oneview Paylaş: Linkarena Paylaş: Folkd Paylaş: Digg Paylaş: Del.icio.us Paylaş: Reddit Paylaş: Jumptags Paylaş: Simpy Paylaş: StumbleUpon Paylaş: Slashdot Paylaş: Propeller Paylaş: Furl Paylaş: Spurl Paylaş: Blinklist Paylaş: Blogmarks Paylaş: Diigo Paylaş: Technorati Paylaş: Newsvine Paylaş: Blinkbits Paylaş: Ma.Gnolia Paylaş: Smarking Paylaş: Netvouz

  Yorumlar
Henüz yorum yapılmamış

  Yorum Ekle

Ad Soyad :
E-Posta :
Mesaj :
Güvenlik Kodu :
 



+ Benzer Haberler
» DAK İdare Heyeti Üzvü Dr. Asif Kurban DEU Rektörü Prof.Dr. Mehmet Füzun’u ziyaret etmiştir.
» Prezidentin həbsi üçün Obamaya müraciət edildi
» TEHRANDA HİCAB TUTATUT
» Azərbaycan və Gürcüstan ziyalıları Qafqaz regionunun problemlərini müzakirə edəcəklər
» Dörd nəfər aclıq aksiyasını dayandırdı, Pənah Hüseyn isə başladı
» Camal Əli Azərbaycanı tərk etdi
» Bu gün "Eurovision-2012"nin rəsmi açılışı olacaq
» Deputatlarımız İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
» Azərbaycan XİN: Azərbaycan və Gürcüstan arasında «Keşikçi dağ» kompleksi məsələsində heç bir problem yoxdur
» Zaqatalada dünən baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətdə olan evlərin əksəriyyəti uçub
» Təbrizdəki konsulluğumuz qarşısındakı aksiyanı ermənilər maliyyələşdirir
» Karikatura Bölümü
» Elnur Aslanov: “Azərbaycanın coğrafi mövqeyi qonşu dövlətlərlə münasibətlərə xüsusi diqqət ayırmağı tələb edir”
» “Qarapapaqlar”-ın 5 illiyi qeyd ediləcək
» Dünyanın müxtəlif ölkələrində İran əleyhinə aksiyalar keçiriləcək
» "Marneuli TV"də Azərbaycan dilində yeni verilişlər hazırlanır (VİDEO)
» Azərbaycanla İran arasında soyuq savaş şiddətlənir
» İsfahanda köç-fars xidmətinin İsfahanda tərəkəmə köçündən çəkdiyi-FOTOLAR
» “Serj Sərkisyan hər qızının bir gözünü mənə verə bilərmi..?“
» İstanbulda Laçınla bağlı çıxış


 
YAZARLAR
Arif KESKİN
Fars millətçiliyinin üç üzü
Dr. Nazim CEFERSOY
Azerbaycan-İsrail ilişkilerinin temel dinamikleri
Dr. Hatem CABBARLI
Ermenistan’da Hükümet Nasıl Kurulacak?
Dr. Asif KURBAN
“ERMENİ SOYKIRIMI VAR DİYENLERİ CEZALANDIRMA”
Cavid VELİEV
Gerçek Yönleriyle Hocalı Soykırımı
Dr. Rövşen Şahbazov
1915’i 18 Mart’la Hatırlayalım
Dr.Alesker ALESKERLİ
Rusyadan Libyaya Çifte Bakış
Dr. Sinan OĞAN
Türkiye, Ermenistan`la sınırları açmak için Metsamor`un kapatılması şartını da öne sürmeli
Araz ASLANLI
Kardeş kazığı mı, bulanık suda balık avlama sevdası mı?
Ən çox oxunanlar bu hafta | bu ay
İstatistik