Bakıda tramvay xəttinin bərpa olunması planlaşdırılır.
Gün.Az-a bu barədə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, bu onların layihəsi deyil. Belə ki, xəttin bərpası Bakı Şəhər İcra Hakimiyyətinin “Ağ şəhər” layihəsi çərçivəsində reallaşacaq.
“Tramvay xətti bulvar boyu ərazidə qurulacaq. Tramvay Bakının əsas yol qovşaqlarını əhatə etməyəcək və bulvar boyu ərazidə qurulacaq”.
Nərmin Rəhimova
Gün.Az