Milli Məclisin (MM) deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistanda səfərdə olacaq.
MM-dən APA-ya verilən məlumata görə, Komitənin toplantısında tərəfdaş dövlətlərdə vətəndaş cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması strategiyası, parlamentlərdə və vətəndaş cəmiyyətində qadınların, gənclərin rolunun artırılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
apa.az